Dövlət yeni media siyasətinə keçidə hazırlaşır

Dövlət yeni media siyasətinə keçidə hazırlaşır

Hazırda oxunan: Dövlət yeni media siyasətinə keçidə hazırlaşır

7529

Yaxın günlərdə Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start veriləcək. 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılması planlaşdırılır.

Bundan başqa, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir.

Gələn ay qanun layihəsinin Milli Məclisə təqdim olunacağı bildirilir.  

Əvvəllər də ekspertlər bildirirdilər ki, 2000-ci illərin əvvəlində sürətli inkişaf dövrünə qədəm qoyan media hazırda durğunluq mərhələsindədir.

Mövcud qanunvericilik yeni dövrün reallıqlarına uyğun deyil, kommunikasiya sahəsində son 20 ildə baş verən dəyişiklikləri əhatə etmir.

Bu isə istər on-line, istərsə də sosial media sahəsində xaotik vəziyyətin yaranmasına səbəb olub. 

Qarşıdan gələn dövrdə həyata keçiriləcək tədbirlərin medianın inkişafına təkan verəcəyi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, müasir standartların geniş tətbiqinə səbəb olacağı gözlənilir. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO