Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Üçtəpə kəndində hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı 2003-cü il təvəllüdlü Rasim Qurbanov və orta yaşlı bir kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:44 / 19.05.2022
Göygöldə avtomobil aşdi - YARALILAR VAR
Hazırda oxunan: Göygöldə avtomobil aşdi - YARALILAR VAR
Hazırda oxunan: Göygöldə avtomobil aşdi - YARALILAR VAR
75279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.