Bu küçə əsaslı təmir edilir - FOTO/VİDEO 

Bu küçə əsaslı təmir edilir - FOTO/VİDEO 

Hazırda oxunan: Bu küçə əsaslı təmir edilir - FOTO/VİDEO 

75232

2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 1440 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlanılıb. 

Agentlikdən Bizim.Media-ya bildirilib ki, təmir işləri adıçəkilən küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 600 metrlik və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində icra olunur. 

Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Hazırda bu hissədə köhnə bordürların sökülməsi və yenilərinin inşası işləri aparılır.
Ardıcıllığa uyğun olaraq təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin bərpası aparılacaq. 

Anoloji təmir işləri rayonun İlqar İsmayılov (282m) və Nəcəf bəy Vəzirov (122m) küçələrində də davam etdirilir. Bununla yanaşı, ümumi uzunluğu 1130 metr olan Mirəsədulla Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO