Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıldı

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıldı

Hazırda oxunan: Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıldı

75208

Bakıda mənzildə ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti yayıb.

Qeyd edilib ki, FHN-in Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb:

"Hazırda istintaq davam etdirilir. Müvafiq ekspertiza təyin olunub".

Xatırladaq ki, hadisə mayın 17-i saat 22 radələrində paytaxtın Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verib.
Yanğın nəticəsində 7 nəfər xilas olunub, 1948-ci il təvəllüdlü Abdullayeva Yelen Amirovnanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO