Müharibəyə görə Rusiyadan qaçan deputat ABŞ-Meksika sərhədində saxlanıldı

Müharibəyə görə Rusiyadan qaçan deputat ABŞ-Meksika sərhədində saxlanıldı

Hazırda oxunan: Müharibəyə görə Rusiyadan qaçan deputat ABŞ-Meksika sərhədində saxlanıldı

75193

Vladivostok şəhər dumasının Rusiya Federasiyası Kommunist Partiyasından olan deputatı Viktor Kamenşikov Meksika və ABŞ sərhədində saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı mənbələrə istinadən informasiya yayıb.

“PrimaMedia” və “RİA Novosti” nəşrlərinin məlumatına görə, saxlanma səbəbi kimi deputatın ABŞ-a qanunsuz daxil olmaq cəhdi göstərilib.

O da bildirilir ki, 31 yaşlı Kamenşikovun bu ölkədə doğulduğuna görə ABŞ vətəndaşlığı alan övladı var.
Vladivostok Dumasında Kamenşikovun aktiv deputat kimi siyahıya alındığı barədə məlumat verilib. Amma fevralın sonundan bəri iclaslara çıxmayıb.

Eyni zamanda deputat partiyadan çıxmaq üçün ərizə verib və Ukraynaya müdaxilə ilə razılaşmadığı üçün mandatını verməyə hazır olduğunu bəyan edib.

“Mən prinsipcə müharibənin əleyhinəyəm” deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO