Sosial şəbəkələrdə Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya Müharibəsində partizan hərəkatının unudulmaz simalarından biri olan Mehdi Hüseynzadənin vətən həsrəti ilə yazdığı şeiri yayımlanıb.
Bizim.Media xəbər verir ki, hamının Mixaylo kimi tanıdığı Mehdi Hüseynzadə bu şeiri 1944-cü ildə İtaliyada yazıb.
Şeirin adı “İtaliyada başladım” adlanır.
İtaliyada başladım
Nə olur, bir sarı yarpaq olsaydım,
Sabahın yelləri alaydı məni.
Asıb bəyaz qarlı, hündür dağları,
Vətən torpağına salaydı məni,
Sabahın yelləri alaydı məni.
Əzizim, ellər ayrısı,
Bülbüləm güllər ayrısı,
Bir günə dözməzdim, yar,
Olmuşam illər ayrısı.
(“ Pola”, “İtaliya” 1944)
Qeyd edək ki, Mehdi Hənifə oğlu Hüseynzadə və ya Mixaylo ləqəbi ilə tanınan leytenant, azərbaycanlı partizan, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub.
1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçaraq partizanlıq etməyə başlayıb. Partizanlıq müddətində almanlara ən böyük zərbələri vuraraq böyük itkilər yaşadıb.
Mehdi Hüseynzadə 2 noyabr 1944-cü ilə Sloveniyada qəhrəmancasına hələk olub. Xatirəsi Azərbaycanda əbədiləşdirilib. 1958-ci ildə Həsən Seyidbəylinin rejissorluğu ilə çəkilən “Uzaq Sahillərdə” filmi də məhz Mehdi Hüseynzadəyə həsr olunub.
Leyla Şah, Bizim.Media
![Mehdi Hüseynzadənin 1944-cü ildə İtaliyada yazdığı şeiri yayımlandı - FOTOFAKT Mehdi Hüseynzadənin 1944-cü ildə İtaliyada yazdığı şeiri yayımlandı - FOTOFAKT](https://bizim.media/file/articles/2022/05/19/1652954769_mehdi-huseynzade.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:05 / 19.05.2022
Mehdi Hüseynzadənin 1944-cü ildə İtaliyada yazdığı şeiri yayımlandı - FOTOFAKT
Hazırda oxunan: Mehdi Hüseynzadənin 1944-cü ildə İtaliyada yazdığı şeiri yayımlandı - FOTOFAKT
Hazırda oxunan: Mehdi Hüseynzadənin 1944-cü ildə İtaliyada yazdığı şeiri yayımlandı - FOTOFAKT
75184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ](https://bizim.media/photo/400x222/2024/07/03/1720033335_2.jpg)
22:58
Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12