Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı qazilərlə görüşüb.
Bizim.Media xəbər verir ki, türkiyəli nazir Vətən müharibəsində qazi olan Azərbaycan Ordusunun əsgərlərini qələbə münasibəti ilə təbrik edib.
MÖVZU İLƏ BAĞLI:
XTQ zabiti 44 gün üzərində gəzdirdiyi Türkiyə bayrağını Ərdoğana verdi - FOTO
"Azərbaycan Ordusu böyük bir uğurla hərəkatı gerçəkləşdirdi. Buna görə sevincliyik. Bizim öhdəmizə düşən vəzifə isə Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirmək, daha da irəli aparmaqdır. Beləliklə, gələcəyə güclü və arxayın şəkildə baxa bilərik", - Hulusi Akar vurğulayıb.
Qeyd edək ki, Hulusi Akarın qazilərdən birnin alnından öpməsi görüşdə duyğusal anlar yaşadıb.
Bizim.Media