Mədəniyyət Nazirliyi Filarmoniyanı gecə klubuna çevirən direktora XƏBƏRDARLIQ ETDİ - ÖZƏL

Mədəniyyət Nazirliyi Filarmoniyanı gecə klubuna çevirən direktora XƏBƏRDARLIQ ETDİ - ÖZƏL

Hazırda oxunan: Mədəniyyət Nazirliyi Filarmoniyanı gecə klubuna çevirən direktora XƏBƏRDARLIQ ETDİ - ÖZƏL

75024

Müslüm Maqomayev adına Azərbaycan Dövlət akademik Filarmoniyasının gecə klubuna çevrilməsi ilə bağlı videogörüntülər yayılıb. 

Görüntülərdə Azərbaycanın mədəniyyət ocağında gənclərin təşkil etdiyi əyləncə əks olunub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi Bizim.Media-nın sorğusunu cavablandırıb. Qurumdan bildirilib ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıb:
 

MÖVZU İLƏ BAĞLI:

“Filarmoniyanın gecə klubuna çevrilməsi razılaşdırılıb” – Mədəniyyət Komitəsi

 
“Lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və bu cür xoşagəlməz görüntülər meydana çıxıb.

Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəsüfləndiyini bildirir və məsələnin həlli məqsədilə filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib. Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO