“Heç qızlar mənə Mourinyo qədər ürək emojisi göndərməmişdi” – Çeferin

“Heç qızlar mənə Mourinyo qədər ürək emojisi göndərməmişdi” – Çeferin

Hazırda oxunan: “Heç qızlar mənə Mourinyo qədər ürək emojisi göndərməmişdi” – Çeferin

74966

UEFA prezidenti Aleksander Çeferin “Roma”nın baş məşqçisi Joze Mourinyonun ona ünvanladığı mesajdan danışıb.

Bizim.Media xəbər verir ki, o, “Roma”nın Konfrans Liqasının finalına vəsiqə qazanmasından sonra portuqaliyalı mütəxəssisdən mesaj aldığını söyləyib:

“Çoxları Konfrans Liqasına şübhə ilə yanaşırdı. Amma etiraf edirəm ki, heç qızlar mənə bu qədər ürək emojisi göndərməmişdi ki, Mourinyo "Roma”nın finala vəsiqə qazanmasından sonra mənə göndərdi. Joze futbolla yaşayan və ona emosional yanaşan bir insandır. O, klub səviyyəsində bütün turnirləri udub.

İndi isə Mourinyo Konfrans Liqasının ilk qalibi olacaq məşqçi olmağa yaxındır. Bu, onun üçün çox vacibdir. Bütün bunlar turnirin reklamı üçün də əladır”.

Xatırladaq ki, Konfrans Liqasının “Roma” - “Feyenoord” finalı mayın 25-i Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO