Bakıda baş verən yanğında bir nəfər ölüb - RƏSMİ AÇIQLAMA

Bakıda baş verən yanğında bir nəfər ölüb - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda baş verən yanğında bir nəfər ölüb - RƏSMİ AÇIQLAMA

74888

Xəbər verdiyimiz kimi, bu gün saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər.

Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yaşayış binasında GÜCLÜ YANĞIN BAŞLAYIB - VİDEO


İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölmüşdür.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO