Sahibə Qafarovadan pakistanlı həmkarına: “Ortaq mədəni dəyərlər ölkələrimiz arasında...” - FOTO

Sahibə Qafarovadan pakistanlı həmkarına: “Ortaq mədəni dəyərlər ölkələrimiz arasında...” - FOTO

Hazırda oxunan: Sahibə Qafarovadan pakistanlı həmkarına: “Ortaq mədəni dəyərlər ölkələrimiz arasında...” - FOTO

74818

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Milli Assambleyasının sədri ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəflə görüşüb.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Sahibə Qafarova qeyd edib ki, ortaq dini və mədəni dəyərlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm bazasını təşkil edir.

Gələn ay Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olur. Bu illər ərzində münasibətlərimiz uğurlu inkişaf yolu keçib.

Azərbaycan və Pakistanın beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran spiker Sahibə Qafarova bildirib ki, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyət dövlətlərarası əlaqələrin inkişafına töhfələr verir. Bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. O, ötən il Pakistan İslam Respublikasına səfərini, həmçinin Azərbaycan, Türkiyə və Pakistan spikerlərinin Bakıda keçirilən Birinci Üçtərəfli görüşünü məmnunluqla xatırladaraq, qeyd edib ki, bu tədbirlər və görüşlər ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf göstərilən yüksək qonaqpərvərliyə və tədbirdə iştiraka dəvətə görə minnətdarlığını bildirib.
O, Azərbaycanın Pakistan üçün etibarlı dost və qardaş ölkə olduğunu, ölkəmizlə münasibətlərin inkişafına daim xüsusi önəm verdiklərini qeyd edib.

O, Milli Assambleyanın sədri kimi, ilk səfərini Azərbaycana etdiyini, ölkəmizin surətli inkişafının təqdir olunduğunu, paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO