Polis şöbəsində arvadını güllələyən serjantdan YENİ XƏBƏR var

Polis şöbəsində arvadını güllələyən serjantdan YENİ XƏBƏR var

Hazırda oxunan: Polis şöbəsində arvadını güllələyən serjantdan YENİ XƏBƏR var

74728

Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bizim.Media xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

İ.Məmmədov cəzasının yüngülləşdirilməsini istəyir. Məhkəmənin ilkin baxış iclası yaxın günlərdə məlum olacaq.

Xatırladaq ki, İ.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 18 il müddətinə azdlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, İ.Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İstintaq dövründə İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO