"Fərid atasına demişdi ki, mayın 15-də yoldaşımla uşağı Qubaya aparın, avqust ayında məzuniyyətə çıxıb kəndə gələcəyəm. Mən də hazırlaşırdım. Amma mayın 15-də biz Fəridi itirdik, onu sərhədçi yoldaşları ilə Qubaya aparmalı oldum".
Bu sözləri Bizim.Media-ya 2021-ci il mayın 15-də Azərbaycan-İran sərhədində-Yardımlı rayonunun Genderə kəndinin yaxınlığındakı sərhəd zastavasında qaçaqmalçılarla baş verən silahlı insidentdə həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) kiçik giziri Fərid Alimovun həyat yoldaşı Sevinc Alimova deyib.
Şəhid xanımı Fəridi itirdiyi o günü indi də ağrıyla xatırlayır:
"Yolun yarısında bildim ki, mən hara gedirəm, özümdə deyildim. Qonşular mənə çox dəstək oldu. İndi yeganə təsəllim 4 yaşlı qızımız İlahəni xoşbəxt böyütməkdir".
Şəhid gizirin Qubanın Yeni Güləzi kəndində keçirilən anım mərasimində Quba rayon rəhbərliyi, DTX-nin rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəsmiləri, Xudat sərhəd dəstəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Quba İH başçısı Ziyəddin Əliyev şəhid F.Alimovun atası Elçin Alimova başsağlığı verərək, dövlət sərhədinin toxunulmazlığı uğrunda canından keçən oğlu ilə fəxr etməli olduğunu deyib:
"Fərid Alimov və onunla birgə həlak olan baş leytenant Samir Eyvazov kimi oğullarımızın və indi qulluq edən neçə-neçə cəsur sərhədçilərimizin sayəsində biz deyə bilirik ki, dövlət sərhədimiz etibarlı əllərdədir".
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:08 / 16.05.2022
Şəhid Fərid Alimovun həyat yoldaşı: “Atasına demişdi ki, mayın 15-də...”
Hazırda oxunan: Şəhid Fərid Alimovun həyat yoldaşı: “Atasına demişdi ki, mayın 15-də...”
Hazırda oxunan: Şəhid Fərid Alimovun həyat yoldaşı: “Atasına demişdi ki, mayın 15-də...”
74624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.