“Moskva NATO-nun Finlandiya və İsveçdə hərbi infrastrukturunun genişləndirilməsinə cavab verəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kremldə keçirilən sammitində bildirib.
“Hərbi infrastrukturun bu əraziyə genişləndirilməsi (Finlandiya və İsveç) şübhəsiz ki, bizim cavabımıza səbəb olacaq. Bizim üçün yaradılacaq təhdidlərə əsasən, nələr olacağını görəcəyik", - deyə ölkə başçısı qeyd edib.
Eyni zamanda o əlavə edib ki, NATO-nun Finlandiya və İsveç hesabına genişlənməsi Rusiya Federasiyası üçün birbaşa təhlükə yaratmır, çünki Moskvanın bu ölkələrlə heç bir problemi yoxdur: “NATO-nun genişlənməsi sünidir. Alyans öz coğrafi məqsədindən kənara çıxır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:31 / 16.05.2022
NATO-nun Finlandiya və İsveçdəki bu addımı cavabsız qalmayacaq - Putindən XƏBƏRDARLIQ
Hazırda oxunan: NATO-nun Finlandiya və İsveçdəki bu addımı cavabsız qalmayacaq - Putindən XƏBƏRDARLIQ
Hazırda oxunan: NATO-nun Finlandiya və İsveçdəki bu addımı cavabsız qalmayacaq - Putindən XƏBƏRDARLIQ
74617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.