Türkiyə nə üçün İsveç və Finlandiyanın NATO-ya üzv olmasını istəmir? – Türkiyəli ekspertdən ŞƏRH 

Türkiyə nə üçün İsveç və Finlandiyanın NATO-ya üzv olmasını istəmir? – Türkiyəli ekspertdən ŞƏRH 

Hazırda oxunan: Türkiyə nə üçün İsveç və Finlandiyanın NATO-ya üzv olmasını istəmir? – Türkiyəli ekspertdən ŞƏRH 

74610

Türkiyəli analitik Hasan Mesut Önder Türkiyənin  İsveç və Finlandiyanın NATO-ya üzv olmasına etirazı mövzusunda Bizim.Media-ya açıqlama verib.

Ekspertin fikrincə Türkiyənin İsveç və Finlandiyanın NATO-ya  üzv olmasına etiraz etməsinin əsas səbəbi Rusiyadır.

“Rusiyanın  NATO-nun ona yaxın ərazilərə doğlu genişlənməsinə etdiyi etirazlara rəğmən NATO-nun həmən ölkələri üzv qəbul etməyə hazırlaşmasından  dolayı Türkiyə dünyada bir növ balansı qorumağa çalışır. Həmçinin Rusiyanın bu mövqeyinə qarşı anlayışlı davranır”.
 

MÖVZU İLƏ BAĞLI:

İsveç və Finlandiyanın NATO-ya üzv olmasına bəzi ölkələr niyə narazıdır? - Baş Ofisdən CAVAB - ÖZƏL


Hazırkı geopolitik xəritəyə  görə Rusiya və Qərbin dəstəklədiyi NATO-nun əks qütblərdə olduğunu söyləyən ekspert, mövcud durumda Qərbin Rusiyaya qarşı bəzi addımardan çəkinməsinin vacib olduğunu da vurğulayıb:

“Türkiyə mövcud  vəziyyətdə ən  doğru davranış ortaya qoyur. Çünki dağıdıcı gücə malik biri divara sıxışdırıldığında, idarəni əldən buraxıb kütləvi tələfatlar törədə bilər. Rusiyanı da divara qısnamaqla Qərb nüvə müharibəsinə təkan vermiş olacaq. Türkiyə də ümumbəşəri mövqedən çıxış edərək buna etiraz edir”.

Hasan Mesut Önder Türkiyənin  digər etiraz səbəbini isə daxildəki vəziyyətlə əlaqələndirib: 

“Finlandiya və İsveç kimi ölkələr PKK-ya və bölgəmizdəki  digər terror təşkilatlarına dəstək verirlər. İsveç və Finlandiyada PKK düşərgələri var ki, burada gənclərin beyni anti-Türkiyə  proqramları ilə zəhərlənməkdədir. Həmçinin  İsveç Türkiyədən qovulan və ya qaçan  PKK üzvlərinə sığınacaq verir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO