Qəbələdə QƏZA: Sürücü öldü, 2 azyaşlı isə...

Qəbələdə QƏZA: Sürücü öldü, 2 azyaşlı isə...

Hazırda oxunan: Qəbələdə QƏZA: Sürücü öldü, 2 azyaşlı isə...

74527

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media xəbər verir ki, hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Savalan kənd sakini Kamil Xasıyevin idarə etdiyi “Opel” markalı avtomobillə Afiq Mahmudovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Afiq Mahmudov və “VAZ-2106”dakı sərnişin, 44 yaşlı Böyük Əmili kənd sakini Cumar Mirzəliyev hadisə yerində ölüb. “Opel” markalı avtomobilin sürücüsü Kamil Xasıyev və sərnişinləri - Mehriban və Arzu Xasıyevalar, eləcə də iki azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər (lent.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO