Siyəzəndə dava: Söyüş söydü, bıçaqlandı

Siyəzəndə dava: Söyüş söydü, bıçaqlandı

Hazırda oxunan: Siyəzəndə dava: Söyüş söydü, bıçaqlandı

74504

Siyəzəndə 40 yaşlı Vüqar Nəriman oğlu Hüseynovu qonşusu, 44 yaşlı Seymur Nadir oğlu Xankişiyev bıçaqlayıb.

Bizim.Media-nın yerli bürosunun Siyəzən rayon Polis Şöbəsindən əldə etdiyi məlumata görə, iki qonşu arasında mübahisə düşüb.

Zərərçəkən V.Hüseynov qonşusu S.Xankişiyevin ünvanına söyüş söyüb. S.Xankişiyev isə ona bir bıçaq zərbəsi endirib.

Siyəzən rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma başlanıb.

***09:52

Siyəzəndə 36 yaşlı sakin bıçaqlanma diaqnozu ilə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Siyəzən şəhər sakini Vüqar Nəriman oğlu Hüseynov döş qəfəsinin daxilə keçən bıçaq zərbəsi ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Yaralı dərhal əməliyyat edilib. Məlum olub ki, bıçaq Vüqarın ağ ciyərini zədələyib.

Hadisə ilə bağlı Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO