Ermənistan ordusu hücuma keçməlidir - Parlament sədrinin müavinindən MÜHARİBƏ ANONSU

Ermənistan ordusu hücuma keçməlidir - Parlament sədrinin müavinindən MÜHARİBƏ ANONSU

Hazırda oxunan: Ermənistan ordusu hücuma keçməlidir - Parlament sədrinin müavinindən MÜHARİBƏ ANONSU

74473

“İndiki hakimiyyət “Artsax” (Qarabağda qondarma rejim), Ermənistan və erməni xalqı üçün fəlakətdir. Məğlubiyyəti və müharibəni simvolizə edən qüvvə getməlidir, o, sülhü təmin edə bilməz”.

Bizim.Media “aysor.am”a istinadən xəbər verir ki, bu fikirləri müxalifət nümayəndəsi, parlament sədrinin müavini İşxan Saqatelyan bu gün Fransa meydanında keçirilən mitinqdə bildirib.

O, qeyd edib ki, Ermənistanda dövlətçiliyin məhv edilməsi prosesini dayandıran, ölkənin sərhədlərinin qorunmasını və toxunulmazlığını təmin edən, ərazi bütövlüyünü təmin etmək kimi konstitusiya funksiyasını həyata keçirən, layiqli sülhün bərqərar olmasına, dövlətçiliyin xalqa qaytarılmasına xidmət edən milli hökumət yaradılmalıdır:

“Ermənistanı ədalətli, firavan və təhlükəsiz ölkəyə çevrilməlidir”.

O vurğulayıb ki, populizmə, hiyləgərliyə, məğlubiyyətə son qoyulmalıdır: yeni hakimiyyət xalqı razı salmaq üçün deyil, real islahatlar aparmalıdır.

“Populizm ölkəmizi məhv edir. Bu, məlum həqiqətdir. İndiki iqtidarın bir məqsədi var, onlar ancaq öz reytinqlərini və kreslolarında necə qalacaqlarını düşünürlər. İstənilən populist hakimiyyət ölkənin dağıdılması ilə paralel olaraq öz hakimiyyətini saxlamaq üçün həm də diktatura qurmağa çalışır. Biz buna imkan verməyəcəyik. Ermənistanda bir nəfərin hakimiyyəti olmayacaq, biz populistləri qovacağıq”, - İşxan Saqatelyan bildirib.

Hakimiyyət dəyişikliyindən sonra Milli Razılıq Hökumətinin qarşıdakı fəaliyyətlərinə toxunan İşxan Saqatelyan qeyd edib ki, ilk növbədə həmrəyliyi, təhlükəsizliyi və sabitliyi bərpa etmək lazımdır.

Onun sözlərinə görə, güclü və bərqərar olan dövlətin üç sütunu var - iqtisadiyyat, ordu və xarici siyasət:

“Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından sonra dövlətin əsas sistemlərini - yeni texnologiyalara əsaslanan rəqabətədavamlı iqtisadiyyatı, döyüşə hazır, yaxşı təchiz olunmuş ordunu bərpa etmək üçün dərhal addımlar atılmalıdır.

“Ordu təkcə müdafiə deyil, həm də lazım gələrsə, hücuma keçməlidir. Biz dilənçi diplomatiyadansa, milli mənafeyə malik, peşəkar, təşəbbüskar xarici siyasət yürütməliyik. Xarici siyasət sahəsində biz öz gündəmimizlə Ermənistan və “Artsax”ın (Qarabağda qondarma rejim) maraqlarına xidmət etməliyik”, - İşxan Saqatelyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO