“Hakim həddindən artıq sərt qərarlar verdi” -

“Hakim həddindən artıq sərt qərarlar verdi” - "Neftçi"nin baş məşqçisi

Hazırda oxunan: “Hakim həddindən artıq sərt qərarlar verdi” - "Neftçi"nin baş məşqçisi

74466

"Rəqibi təbrik edirəm. Avrokuboklara vəsiqə qazandılar. Futbolçuları bu cür oyunlara kökləmək, hazırlamaq çətindir. Komanda yaxşı futbol sərgilədi. Bu cür oyun gözləyirdik".

Bizim.Media xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abbasov "Zirə"yə 0:1  hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli baş məşqçi müxtəlif matçlarda gənclərə şans verdiklərini sözlərinə əlavə edib:

"Qazandığımız nəticələri çox yaxşı hesab edirəm. Bu mövsümə çox çətin başladıq. Amma uzun məğlubiyyətsizlik seriyamız oldu, itkilərlə, rotasiyalarla 2-ci yeri tutduq. Keçən il də çempion olmuşuq. Məncə, ən yaxşısını bacarmışıq".

S.Abbasov sonuncu turda "Qarabağ"la görüşə də toxunub:

"Yenə də meydana ciddi itkilərlə çıxacağıq. Emin Mahmudov cəzalı duruma düşdü. Hakim həddindən artıq sərt qərarlar verdi. “Qəbələ” ilə oyunda qapımıza verilən penalti epizodunun oxşarı bu gün yaşandı, amma fit susdu. “Qarabağ”a qarşı mübarizə aparmalıyıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO