“Bu qərar korrupsiya xarakteri daşıyır” - EKSPERT

“Bu qərar korrupsiya xarakteri daşıyır” - EKSPERT

Hazırda oxunan: “Bu qərar korrupsiya xarakteri daşıyır” - EKSPERT

7436

“Tarif Şurası hökumət adından çıxış edən bir qurum olaraq bu artımı izah edə bilmir. Bu qərar qiymətlərarası fərqin azaldılması məsələsinə söykənilibsə, o zaman dizelin qiyməti 5 və ya 10 qəpik  artırılardı və bunu ekaloji qayğı ilə əlaqələndirərdik. Burada korparativ və məmurun şəxsi maraqlarından söhbət gedir”.   

Bu sözləri Bizim.Media saytına açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli yanacağın qiymətinin artırılmasının bazara təsiri məsələsindən danışarkən deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Çörək bahalaşacaqmı? – Ekspertin cavabı 



Ekspert hökumətin həm qiymət artımının, həm də məsələni kompensasiya edilməsinin anlaşılmaz olduğunu bildirib:

“Kompensasiya məsələsində korrupsiya və məmurun qazancı var. Özləri üçün yeni korrupsiya yeri yaradıblar. Bu, tək Tarif Şurasının qərarı deyil”.

Akif Nəsirli məlum artımın bazar qiymətlərinə də təsirsiz ötüşməyəcəyini qeyd edib.

Ekspert yanacağın qiymətinin artmasının çörəyin qiymətinə aşırı dərəcədə təsir etməyəcəyini desə də, kənd təsərrüfatı məhsullarında müvafiq bahalaşmanın ola biləcəyini istisna etməyib:

''Ola bilsin ki, çörək bahalaşmasın. Hökumət bu məsələdə kampensasiya etmək istəyəcək. Çünki unu strateji məhsul olaraq diqqətdə saxlayır və bu məhsul əhalinin əsas ehtiyac meyarlarından biridir. Amma hökumət nə qədər kompensasiya etsə belə, artım kənd təsərrüfatının digər sahələrinə təsirsiz ötüşməyəcək''.

''Yanacağın artması ölkədə açar rolunu oynayacaq və bir növ kənd təsərrüfatı məhsullarının artmasına təkan verəcək. İstənilən halda yanacaq bütün məhsulların maya dəyərində əsas yer tutur''. 

Qeyd edək ki, ötən gün axşam saatlarında Tarif (qiymət) Şurası yeni qərar verib. Dövlət Neft Şirkətinin (SOCAR) Şuraya müraciəti müzakirə edilərək Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasına qərar verilib.

Yeni qərardan sonra Aİ-92 markalı benzinin qiyməti 1(bir) manat, dizel yanacağının qiyməti isə 0.80 manat müəyyənləşdirilib.

SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb.

Qeyd edilib ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO