Orduda hərbi qulluqçularla metodiki məşğələlər keçirildi

Orduda hərbi qulluqçularla metodiki məşğələlər keçirildi

Hazırda oxunan: Orduda hərbi qulluqçularla metodiki məşğələlər keçirildi

74239

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən hərbi hissələrdə metodiki məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbirlər çərçivəsində gənc əsgərlərlə psixoloji iş fəaliyyətini həyata keçirən zabit psixoloqlarla metodiki məşğələlər keçirilib, gənc əsgərlərin hərbi xidmət şəraitinə uyğunlaşmasına köməklik göstərilməsi və hərbi qulluqçuların psixoloji dayanıqlığının yüksəldilməsi məqsədilə onlarla maarifləndirici söhbətlər aparılıb.

Sonda zabit psixoloqları maraqlandıran suallar cavablandırılıb, lazımi tövsiyələr verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO