Heydər Əliyevin təşəbbüsü ilə Bakı Marafonunun keçirilməsi nəzərdə tutulub. Belə ki, mayın 15-də saat 10:00-dan paytaxtın Bayraq meydanından marafona start veriləcək.
Bu barədə Bizim.Media-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə “Küləyə qalib gəl” şüarı altında 10 mindən çox iştirakçı 21 km-dək yürüş edəcəklər.
Yürüş zamanı təhlükəsizliyi təmin etmək məqsədilə tədbir tam başa çatanadək qeyd olunn marşurut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək:
“Yürüş Bayraq meydanından Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz vağzalınadək, daha sonra Azadlıq meydanı, Neftçilər və 8 noyabr prospektləri ilə Ağ şəhər bulvar yolu, eləcə də Ağ şəhər dairəsi, yəni Xəqani Rüstəmov küçəsi ilə geriyə, Qənimətlər Parkının yanından keçərək – Y.Səfərov-A.Cəlilov küçələri kəsiməsindən, Cavanşir körpüsü, Ü.Hacıbəyov küçəsi, azadlıq prospekti, Z.Əliyeva, R.Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə Bibiheybət yolu ilə, Su İdman sarayı ətrafındanBulvar ərazisi ilə Bakı kristal zalı yanından Bayraq meydanın finiş nəzərdə tutulub.
Odur ki, keçirilən tədbir əhəmiyyətini, iştirakçıların rahat və fasiləsiz yürüşünün təşkil edilməsi məqsədilə xahiş edilir ki, bu istiqamətlərə doğru bütün növ nqliyyat vasitələrinin hərəkətinin mümkünsüzlüyünü nəzərə alıb, alternativ variantlara əvvəlcədən üstünlük versinlər”, - deyə qurum rəsmisi paytaxt sakinlərinə müraciət edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:58 / 13.05.2022
Bakı şəhər DYPİ-dən sürücülərə MÜRACİƏT – Bu istiqamətlərdə avtomobillərin hərəkəti MƏHDUDLAŞIR
Hazırda oxunan: Bakı şəhər DYPİ-dən sürücülərə MÜRACİƏT – Bu istiqamətlərdə avtomobillərin hərəkəti MƏHDUDLAŞIR
Hazırda oxunan: Bakı şəhər DYPİ-dən sürücülərə MÜRACİƏT – Bu istiqamətlərdə avtomobillərin hərəkəti MƏHDUDLAŞIR
74120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.