Sumqayıtda QƏTL - Mübahisə etdiyi qadını boğub öldürdü

Sumqayıtda QƏTL - Mübahisə etdiyi qadını boğub öldürdü

Hazırda oxunan: Sumqayıtda QƏTL - Mübahisə etdiyi qadını boğub öldürdü

74102

Ötən gün Sumqayıtda mənzildən qadın meyidi tapılıb. 

Sumqayıt şəhər prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü Ayşən Bayramova mayın 8-də Sumqayıt şəhəri, 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülüb. 

Bildirilir ki, aparılmış araşdırmalarla A.Bayramovanı tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

X.Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO