Krım tatarlarına Rusiyada hökm oxundu - 5 nəfərə 62 il həbs

Krım tatarlarına Rusiyada hökm oxundu - 5 nəfərə 62 il həbs

Hazırda oxunan: Krım tatarlarına Rusiyada hökm oxundu - 5 nəfərə 62 il həbs

74024

Rostov-na-Donu Cənub Dairə Hərbi Məhkəməsi "ikinci Simferopol qrupu"nun üzvlərini 12 ildən 14 ilə qədər azadlıqdan məhrum edib. Onlar “Hizb-ut-Təhrir işi” çərçivəsində “terror təşkilatının təşkili və fəaliyyətində iştirak” maddəsi ilə ittiham olunurlar. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat yayıb.

Tofiq Əbdülqaziyev, Vladlen Abdulkadirov, İzzət Abdullayev və Məcit Abduraxmanov uydurma cinayət işi üzrə 12 il həbs cəzasına məhkum ediliblər. Cəzalarını çəkdikdən sonra onların hərəkət azadlığı bir il müddətinə məhdudlaşdırılacaq.

Bilal Adilov isə 14 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək. Cəzasını çəkdikdən sonra onun bir il yarım hərəkət azadlığına qadağa qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO