Səhiyyə naziri ÜST-ün ölkə ofisinin rəhbəri ilə görüşdü

Səhiyyə naziri ÜST-ün ölkə ofisinin rəhbəri ilə görüşdü

Hazırda oxunan: Səhiyyə naziri ÜST-ün ölkə ofisinin rəhbəri ilə görüşdü

73977

Azərbaycan hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında əməkdaşlıq çərçivəsində bu gün Səhiyyə Nazirliyində ÜST-ün ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir təşkilat ilə 1992-ci ildən sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. 
COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur Musayev vurğuladı ki, ölkəmizdə həyata keçirilmiş kompleksli tədbirlər nəticəsində son zamanlar koronavirusa yoluxma sayında kəskin azalma müşahidə olunur.  

Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-ün ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Eyni zamanda, pandemiya ilə mübarizədə ilk günlərdən ÜST ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. 

Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı gələcəkdə birgə layihələrin həyata keçirməsi ətrafında (Qrip pandemiyasına qarşı Milli hazırlıq planının yenilənməsi; Səhiyyə sahəsində fövqəladə hallara hazırlıq üzrə birgə qrupun yaradılması; multidissiplinar tibbi yardımın təşkilində əməkdaşlıq; beynəlxalq və kütləvi tədbirlərə texniki dəstək və s.) faydalı müzakirələr aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO