Həcc ziyarətinə gedən vətəndaşlarımıza daha bir QADAĞA

Həcc ziyarətinə gedən vətəndaşlarımıza daha bir QADAĞA

Hazırda oxunan: Həcc ziyarətinə gedən vətəndaşlarımıza daha bir QADAĞA

73969

Bu il Azərbaycandan Həcc ziyarətinə gedən şəxslərdən COVID-19 pasportu tələb olunacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsi yayıb.
Belə ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır.

Məsələn, bir şəxs Həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalacaqsa, o, gedə bilməyəcək.  

Bu il Azərbaycan vətəndaşı olan istənilən şəxs Həcc ziyarətə gedə bilər. Başqa ölkə vətəndaşları isə Azərbaycandan ziyarətə gedə bilməyəcəklər. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. 

Eyni zamanda, ancaq 65 yaşa qədər olan vətəndaşlar Həcc ziyarətinə gedə biləcəklər. Buna səbəb kimi yaşlı adamların koronavirus infeksiyasına daha tez yoluxmaları əsas gətirilib.

Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq. 

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb.
2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

Qeyd edək ki, bir neçə gün əvvəl 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə getməsi qadağan olunub (oxu.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO