Şirvanda yaşlı kişi gənc qızı bıçaqladı 

Şirvanda yaşlı kişi gənc qızı bıçaqladı 

Hazırda oxunan: Şirvanda yaşlı kişi gənc qızı bıçaqladı 

7394

Yanvarın 4-də, saat 13 radələrində Şirvan şəhər sakini 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızına yaşadığı evdə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bizim.Media-ya Şirvan şəhər prokurorluğundan bildirilib ki, qurumun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Ayşən Məmmədlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Mirhüseyn Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO