Azərbaycanda bu miqrantlara yardımlar göstəriləcək

Azərbaycanda bu miqrantlara yardımlar göstəriləcək

Hazırda oxunan: Azərbaycanda bu miqrantlara yardımlar göstəriləcək

73926

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi “Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi miqrantlara BMqT-nin COVID- 19 Qlobal Strateji Hazırlıq və Yardım Planı çərçivəsində dəstəyin göstərilməsi” layihəsi ilə əlaqədar ehtiyacı olan miqrantlara müvəqqəti mənzil təminatı, ərzaq, qeyri-qida məhsulları, geyim, eləcə də tibbi və sənədləşmə istiqamətləri üzrə yardımların göstərilməsini planlaşdırır.

Bu barədə Bizim.Media-ya Dövlət Miqrasiya Xidmətindən xəbər verilib.

Bildirib ki, yardımlar aşağıdakı şəxslər üçün nəzərdə tutulub:

Qeyri-qanuni vəziyyətdə olan miqrantlar (vizasının vaxtı bitən, şəxsi sənədlərinin vaxtı bitən); Ağır iqtisadi vəziyyətdə yaşayanlar; Qida/qeyri-qida məhsullarına, sığınacağa ehtiyacı olanlar; İşsiz aşağı ixtisaslı əməkçi miqrantlar; Aztəminatlı miqrantlar (ölkədə müəyyən edilmiş yaşayış minimumuna istinadla); Çətin vəziyyətdə olan əcnəbi tələbələr; Sığınacaq müraciətinə imtina almış şəxslər.

Qeyd olunub ki, sözügedən yardımlar Azərbaycan vətəndaşlarına, Azərbaycanda daimi yaşama icazəsi və qaçqın statusu olan şəxslərə şamil edilmir.

Yardımdan yararlana biləcək şəxslərə dair yekun qərar BMqT-nin Azərbaycan nümayəndəliyində keçiriləcək müsahibə əsasında veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO