UEFA AFFA-ya ayırdığı vəsaitin məbləğini artırdı

UEFA AFFA-ya ayırdığı vəsaitin məbləğini artırdı

Hazırda oxunan: UEFA AFFA-ya ayırdığı vəsaitin məbləğini artırdı

73877

UEFA Avropada futbolun inkişafı üçün 2024 - 2028-ci illərdə quruma üzv olan 55 milli assosiasiyaya 935 milyon avro yardım ayıracaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı qərar UEFA-nın Avstriyanın paytaxtı Vyanada keçirilən 46-cı Konqresində qəbul olunub.

"HatTrick VI həmrəylik və inkişaf proqramı" çərçivəsində təyin olunan maliyyə bərabər məbləğdə bölüşdürüləcək. Nəticədə hər bir assosiasiyaya, o cümlədən AFFA-ya 4 il ərzində ümumilikdə 17 milyon avro ödəniş ediləcək.

Bu məbləğ 2020 – 2024-cü illəri əhatə edən və 775 milyon büdcəsi olan əvvəlki layihəni 27 faiz üstələyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO