Ağadadaş Ağayevdən ETİRAF:

Ağadadaş Ağayevdən ETİRAF: "Tamaşaçının yadına bığlarım düşür" - VİDEO

Hazırda oxunan: Ağadadaş Ağayevdən ETİRAF: "Tamaşaçının yadına bığlarım düşür" - VİDEO

73845

“Uzun müddətdir müalicə olunmuram. O zaman müalicə olunmuşam. İndi yaxşıyam. Amma hər 3 aydan bir kontrollara, müayinələrə gedirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Səhhəti ilə əlaqədar səhnədən uzaq düşən sənətkar bu müddət ərzində çoxlu kitab oxuduğunu bildirib.  

“Maddi dünya ilə bağlı heç bir şey üçün darıxmadım. Zamanında böyük bir imtahanın içində özüm üçün yeni həyat, daxili bir dünya tapdım. Çox ciddi məsələlərlə bağlı mütaliələr etməyə başladım”. 

Verilişin aparıcısı Zaur Kamalın “Ağadadaş deyəndə, tamaşaçının ağlına nə gəlir” sualına Xalq artisti “Birinci növbədə bığlar yada düşür, ikinci növbədə isə “Təki məni bircə kəlmə sevirəm de” cavabını verib.  

A.Ağayev həyatında maddi və mənəvi itkilərdən də söz açıb.  

“Maddi olaraq heç bir şeydən qorxmuram. Mənəvi olaraq isə, Allah sevgisindən uzaq qalmaqdan qorxuram.  

Qeyd edək ki, Ağadadaş Ağayev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanaların birində əməliyyat olunub.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO