"Al Jazeera"nin müxbiri öldürüldü - Kanal İsraili günahlandırır 

Hazırda oxunan: "Al Jazeera"nin müxbiri öldürüldü - Kanal İsraili günahlandırır 

73809

Fələstinli məcburi köçkünlərin yaşadığı Cenin düşərgəsində terror aktı törədilib. 

Bizim.Media xəbər verir ki, münaqişəni alovlandıran isə İsrail əsgərləri ilə fələstinlilər arasındakı qarşıdurmanı lentə alan "Əl-Cəzirə" (Al Jazeera) müxbiri Şirin Əbu Akilenin hadisə yerində öldürülməsi olub.  

Belə ki, "Əl-Cəzirə" bölgədəki müxbirinin ölümündə İsraili günahlandırıb.  

“Həmkarımızın qətlinə görə İsrail dövləti məsuliyyət daşıyır”- deyə kanal rəsmi olaraq bəyanat yayımlayıb.  

Qeyd edək ki, 51 yaşlı müxbir İordan çayının qərb sahilindəki Cenin qaçqınlar düşərgəsində öldürülüb.  
Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bildirilib ki, sözügedən şəxs İsrail əsgərlərinin açdığı atəş zamanı başından aldığı ağır güllə yarası nəticəsində ölüb.   

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO