Bakıda günün ikinci yarısında hava necə olacaq?

Bakıda günün ikinci yarısında hava necə olacaq?

Hazırda oxunan: Bakıda günün ikinci yarısında hava necə olacaq?

73771

Bu gün Bakıda günün ikinci yarısı yağıntısız keçəcək.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısı hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin yağıntısız keçəcəyi gözlənilir.

"Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq", - deyə G.Məmmədova bildirib.

Xatırladaq ki, mayın 13-dən etibarən hava şəraitinin mülayimləşəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO