Ermənistan Səhiyyə Nazirliyi təsdiqlədi - Qarabağda 3360 erməni hərbçi ölüb

Ermənistan Səhiyyə Nazirliyi təsdiqlədi - Qarabağda 3360 erməni hərbçi ölüb

Hazırda oxunan: Ermənistan Səhiyyə Nazirliyi təsdiqlədi - Qarabağda 3360 erməni hərbçi ölüb

7373

Ermənistanın səhiyyə naziri Arsen Torosyan Qarabağda müharibə zamanı 27 sentyabr-9 noyabr tarixlərində baş vermiş hərbi itkilərlə bağlı yeni məlumatlar açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Nazir öz Facebook səhifəsində yazıb ki, müharibə başlanandan indiyədək məhkəmə-tibbi ekspertiza xidmətinin əməkdaşları 3360 nəfər həlak olmuş hərbi qulluqçunun cəsədlərinin və ya qalıqlarının araşdırılmasını aparıblar.

2500-dən çox məhkəmə-genetik ekspertizası da keçirilib.

Torosyanın sözlərinə görə, Ermənistan hökuməti hələ 2018-ci ildə ölkədə istifadə olunan yeganə genetik analizator alıb. Onun köməyi ilə 461 nəfərin cəsədi müəyyənləşdirilib.

"İkinci belə analizator artıq Ermənistandır və yaxın günlərdə işə başlayacaq. Bu avadanlığın işə salınmasından əvvəl Məhkəmə-genetik identifikasiya köhnə və qeyri - dəqiq qurğuların köməyi ilə həyata keçirilib", - deyə nazir vurğulayıb.

Torosyan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Elmi-Praktiki Mərkəzinin işçilərinə – məhkəmə həkimlərinə, sanitarlara, məhkəmə genetikçilərinə, laborantlara və Mərkəzin rəhbərliyinə qüsursuz işə görə xüsusi təşəkkür edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO