Ağdamda Ulu Öndərə həsr olunmuş konsert keçirilib - FOTO

Ağdamda Ulu Öndərə həsr olunmuş konsert keçirilib - FOTO

Hazırda oxunan: Ağdamda Ulu Öndərə həsr olunmuş konsert keçirilib - FOTO

73680

Ağdamda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konsert proqramı təşkil edilib.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, bədii-musiqili kompozisiyadan öncə Heydər Əliyevin Quzanlı qəsəbəsində ucaldılmış abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.

Rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də bölgəyə ziyarətə gələn sakinlər Ümummilli Lideri sayğı duruşu ilə anıblar. 

Sonra rayonun mərkəzi meydanında konsert proqramına start verilib. Giriş nitqi söyləyən rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyətdən geniş söhbət açıb, onun xalqa misilsiz xidmətlərindən danışıb. 

Mərasim Ağdam Dövlət Musiqi Kollecinin müəllim və tələbələrdən ibarət ansamblının ifası ilə davam edib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO