Gəncə icra başçısı əhaliyə nə söz verdi?

Gəncə icra başçısı əhaliyə nə söz verdi?

Hazırda oxunan: Gəncə icra başçısı əhaliyə nə söz verdi?

73667

“Gəncə şəhərində ictimai nəqliyyatın optimallaşdırılması istiqamətində hazırda iş aparılır. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub və bu məqsədlə aparılan danışıqlar davam edir”. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu açıqlamanı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov sakinlərlə görüş zamanı verib.

Onun sözlərinə görə, Gəncənin köhnə avtobus və mikroavtobuslarının yeniləri ilə əvəzlənməsi layihəsi üzərində xeyli vaxtdır iş gedir. 

Qeyd edək ki, hazırda Gəncədə sərnişindaşımada 32 xətt üzrə 230  mikroavtobus və avtobus əhaliyə xidmət edir. Şəhər üzrə 7 sərnişin daşıyıcı şirkət tərəfindən göstərilən xidmətlər müasir tələblərə cavab vermir.

Hər il yüz minlərlə turistin səfər etdiyi Gəncədə sərnişin daşımada hələ də əsasən “QAZel” markalı və köhnə mikroavtobuslardan istifadə olunur. İctimai nəqliyyatda sərnişinlərin daşınması üçün nəzərdə tutulmayan bu avtomobillər istismar müddətini artıq başa vurub. 
Gəncədə gün ərzində 30-a yaxın bu cür mikroavtobus xəttə buraxılır. Bu avtonəqliyyat vasitələrindən istifadə isə sakinlər və sürücülər üçün çətinliklər yaradır.

Günü-gündən inkişaf edən və yenilənən Azərbaycanın ikinci böyük şəhərində belə nəqliyyat vasitələrinin olması ürək açan deyil. 

Şəhər rəhbərinin bu vacib problemin həlli istiqamətində əsaslı addımların atılacağı ilə bağlı söylədiyi fikirlər isə düşünməyə əsas verir ki, nəhayət ki, Gəncənin nəqliyyat sistemi yenilənəcək. Bunu bütün Gəncə sakinləri səbirsizliklə gözləyir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO