Heydər Əliyevin xatirəsi Qubada da anıldı – FOTO 

Heydər Əliyevin xatirəsi Qubada da anıldı – FOTO 

Hazırda oxunan: Heydər Əliyevin xatirəsi Qubada da anıldı – FOTO 

73665

Qubada Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü səhər saatlarından başlayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və müavinləri, DTX-nın rayon şöbəsinin rəisi və əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyəti, YAP fəalları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Ziyarətçilər arasında sadə sakinlər də çoxluq təşkil edib.

Qubada statusundan asılı olmayaraq, vətəndaşlar Azərbaycan xalqının xilaskarı olmuş dahi şəxsiyyətə ehtiramlarını bildirmək üçün abidəsi önünə gələrək xatirəsini anıblar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO