“Qoy cəhd etsinlər. Biz çoxlarının buynuzunu qırmışıq. Hərbçilərimiz Polşa ordusunun təlimləri haqda məlumat veriblər, indi sayları 3 mindən 40 minə çatıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko mayın 9-da Minskdə jurnalistin “Sosial şəbəkələrdə belə bir informasiya yayılıb ki, guya Polşa geniş hərbi təlimlərə başlayıb və Belarusa qarşı hücuma keçəcək. Xalq isə bundan qorxuya düşüb. Belə addım Varşavaya nəyə görə lazımdır? Onlar doğrudanmı müharibəyə başlayacaqlar?” sualına cavab verərkən deyib.
Lukaşenko situasiyanın nəzarətdə saxlanıldığını əlavə edib:
“Düzdür, bizim ordumuz NATO qarşısında çox zəifdir, ancaq unutmasınlar ki, arxamızda nüvə silahı olan Rusiya kimi bir ölkə dayanıb. Həm də öz ölkəsində müdafiə olunan xalqı məğlub etmək çətindir” – deyə Lukaşenko bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:31 / 10.05.2022
Lukaşenko Polşanın Belarusa hücumu HAQDA: “Unutmasınlar ki, arxamızda Rusiya dayanıb” - VİDEO
Hazırda oxunan: Lukaşenko Polşanın Belarusa hücumu HAQDA: “Unutmasınlar ki, arxamızda Rusiya dayanıb” - VİDEO
Hazırda oxunan: Lukaşenko Polşanın Belarusa hücumu HAQDA: “Unutmasınlar ki, arxamızda Rusiya dayanıb” - VİDEO
73617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.