“Ümidvarıq ki, xaricdə təhsilini başa vuran həkimlər ölkəyə qayıdacaqlar” – Teymur Musayev  

“Ümidvarıq ki, xaricdə təhsilini başa vuran həkimlər ölkəyə qayıdacaqlar” – Teymur Musayev  

Hazırda oxunan: “Ümidvarıq ki, xaricdə təhsilini başa vuran həkimlər ölkəyə qayıdacaqlar” – Teymur Musayev  

73595

“Xaricdə təhsil alan tələbələrin ölkəmizə qayıdıb, fəaliyyətlərini davam etdirməsi üçün müəyyən işlər görülüb. Azərbaycan Tibb Universitetinin məzunlarının bir hissəsi xarici ölkələrdə rezidenturaya qəbul olublar”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə verdiyi açıqlamasında bildirib. 

Belə ki, nazir xaricə təhsil almaq üçün yollanan tələbələrin, təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdacaqlarına ümid etdiyini bildirib: 

“Onlarla bizim görüşümüz olub və nazirlik tərəfindən onlara lazımi sənəd dəstəyi göstərilib. Ümidvarıq ki, həmin tələbələr xaricdə təhsillərini başa vurduqdan sonra ölkəmizə qayıdıb, xalqımıza xidmət göstərəcəklər”. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO