Safura böyük oğlu İskəndərin doğum günündən görüntülər paylaşdı - FOTO/VİDEO

Safura böyük oğlu İskəndərin doğum günündən görüntülər paylaşdı - FOTO/VİDEO

Hazırda oxunan: Safura böyük oğlu İskəndərin doğum günündən görüntülər paylaşdı - FOTO/VİDEO

73526

12 il əvvəl Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, böyük oğlu İskəndərin 9 yaşı olması münasibəti ilə sənətçi qızı Ayişə, oğlu Natiq və həyat yoldaşı iş adamı Fərhad Əliyevlə bir araya gəliblər. 

Oğlunun şad günündən çəkilən video və fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşan Safura "Doğum günün mübarək" sözlərini yazıb. 

Görüntülərdə tortun kəsilməsi günün qəhrəmanı İskəndərə həvalə olunub. Bu anda isə Natiqin əlini uzadaraq tortdan dilim qopardaraq ağzına aparması hamının üzünü güldürüb. 
Qeyd edək ki, Fərhad Əliyev keçmiş energetika naziri mərhum Natiq Əliyevin oğludur.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO