Müxalifət Paşinyanın yerinə namizəd tapmayıb – Ancaq istefasını tələb edirlər

Müxalifət Paşinyanın yerinə namizəd tapmayıb – Ancaq istefasını tələb edirlər

Hazırda oxunan: Müxalifət Paşinyanın yerinə namizəd tapmayıb – Ancaq istefasını tələb edirlər

73485

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvan şəhərinin Fransa meydanında mayın 2-dən etiraz aksiyaları, mitinqlər və yürüşlər keçirilir. Müqavimət hərəkatının üzvləri Nikol Paşinyan və komandasının istefasını tələb edirlər. 

Mitinq zamanı hərəkatın fəallarından biri, “Ermənistan” müxalifət fraksiyasının üzvü Qeqam Manukyan bildirib ki, müxalifət hələ də baş nazir postuna namizədlə bağlı qərar verməyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı erməni mətbuatı yayıb.

O, qeyd edib ki, müxalifətin keçmiş hüquq müdafiəçisi Arman Tatoyanın başçılığı ilə müvəqqəti hökumət qurmaq niyyətində olduğunu ilk dəfədir eşidir.

“Media nümayəndələri baş naziri özləri müəyyən edir və bu məsələni gündəmə gətirirlər, lakin bu mesajların real proseslərlə heç bir əlaqəsi yoxdur. Vaxt gələndə baş nazirliyə namizədin adını açıqlayacaq”, - deyə deputat bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO