Ərdoğan ölkəyə böyük qazanc gətirəcək 31 layihədən danışdı

Ərdoğan ölkəyə böyük qazanc gətirəcək 31 layihədən danışdı

Hazırda oxunan: Ərdoğan ölkəyə böyük qazanc gətirəcək 31 layihədən danışdı

73478

Yerli və xarici sahibkarların Türkiyəyə investisiya yatırma istəkləri durmadan artır. Ölkədə məşğulluq səviyyəsi 30 milyonu keçib. Ölkənin sənaye istehsalı və ixracı hər ay yeni rekordlara imza atır. 2021-ci ili 225 milyard ABŞ dolları məbləğində ixracla bağladıq və bu il üçün daha böyük hədəflər qoyduq. Aprel ayı etibarilə 12 aylıq ixracatımız 240 milyard dolları keçib. Enerji istisna olmaqla, ixracımızın idxala nisbəti 100 faizi ötüb. İyirmi il əvvəl 365 gündə cəmi 36 milyard dollar ixrac edə bilən Türkiyə bu gün bu rəqəmi 30-35 gündə reallaşdıra biləcək səviyyəyə çatıb. İlin sonunda 250 milyard dollarlıq hədəfimizə doğru əmin addımlar atırıq.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) quruluşunun 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.

Türkiyəni kritik texnologiyalar istehsalçısına çevirmək idealını addım-addım reallığa çevirəcəklərindən əminliyini ifadə edən Prezident Ərdoğan ölkəyə böyük qazanc gətirəcək 31 layihəni dəstəkləməyə qərar verdiklərini açıqlayıb.

Bu layihələr üçün 3,5 milyard türk lirəsi sabit investisiya, eləcə də 161 milyon lirə tədqiqat və inkişaf xərcləri ediləcəyini bildirən Türkiyə Prezidenti deyib: 

“Yerli imkanlarla qabaqcıl sürücülük dəstək sistemindən ən yeni kamera sisteminə, elektrikli nəqliyyat vasitələrinin akkumulyator daşıyıcılarından innovativ texnologiya ilə yüngül hissələrə qədər bir çox məhsul istehsal etməyi hədəfləyirik.

Ümid edirik ki, önümüzdəki dövrdə kimya, əczaçılıq və elektronika kimi digər yüksək texnologiyalı sektorları da bu sahəyə əlavə edərək hərəkət proqramımızı genişləndirməyə davam edəcəyik”.
Türkiyəyə sığınan suriyalılar barədə danışan Prezident Ərdoğan Suriyanın şimalında daha ən az yüz min briket ev inşa etməyi hədəflədiklərini, ölkəsinin bu insanlara sonunadək dəstək göstərəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO