“Mən 5 uşaq böyütmüşəm” - Aygün Bəylərdən göz yaşı içində ETİRAFLAR 

“Mən 5 uşaq böyütmüşəm” - Aygün Bəylərdən göz yaşı içində ETİRAFLAR 

Hazırda oxunan: “Mən 5 uşaq böyütmüşəm” - Aygün Bəylərdən göz yaşı içində ETİRAFLAR 

73460

“Mən 5 uşaq böyütmüşəm (bacı və qardaşlarını nəzərdə tutur - Red). Mənim vaxtım olub ki, oğlan kimi böyüməyə. Xoş uşaqlığım olmayıb. Həyatımda heç nədən peşman deyiləm. Heç nədən inciməmişəm. Əgər incidiyim varsa da, o mənim özümə aiddir. Bəlkə də düz addım atmışam, amma bunu etmək lazım deyildi”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Bəylər qonaq olduğu “SözBaz” maqazin proqramında deyib.  

Uşaqlıq xatirələrini gözlər önünə gətirən sənətkar qızı Canandan danışarkən, kövrəlib.  

“Övladımdan başqa yanımda heç kim yoxdur. Çalışıram ki, vətənimə layiq övlad yetişdirim. Ana kimi borcumdur o uşağı böyüdüb, boya-başa çatdırmaq. Qızım Cananın 13 yaşı var. O da çoxlu dualar edir, Allahla danışır”.  

Verilişin aparıcısı Zümrüd Bədəlovanın ünvanladığı “Hansı mərhələdən keçirsiniz?” sualı qarşısında göz yaşlarına hakim olmayan Bəylər şəxsi ansamblının və səs yazma studiyasının olmamasından giləylənib.  
“Çox ağır mərhələni yaşayıram. Mənim heçnəyim yoxdur. Səs yazma studiyam yoxdur ki, beynimdə olan musiqiləri üzə çıxardım. Əziyyət çəkimişəm. Özümün 16 yaşından şəxsi ansamblım olub. Amma indi o da yoxdur. Elə bir istedad da yoxdur ki, qarşısında əyilim”.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO