Yol polisinin qaydaları pozması iddialarına DYP-dən MÜNASİBƏT - VİDEO 

Yol polisinin qaydaları pozması iddialarına DYP-dən MÜNASİBƏT - VİDEO 

Hazırda oxunan: Yol polisinin qaydaları pozması iddialarına DYP-dən MÜNASİBƏT - VİDEO 

73426

Bakı şəhərində yol polisi əməkdaşının xidməti avtomobillə qaydaları kobud şəkildə pozması iddia olunan görüntülər yayılıb. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Bizim.Media-ya açıqlamasında məsələyə aydınlıq gətirib.

O, bildirib ki, iddialar həqiqəti əks etdirmir və görüntülər çoxdan qeydə alınıb:

“Qeyd edim ki, operativ nəqliyat vasitələrinin hərəkəti “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsilə tənzimlənr. Digər tərəfdən, bu görüntülər köhnə görüntülərdir və reytinq xatirinə ortaya atılıb. Ən əsası isə polis avtomobilin sayrışan işıqlarını yandıraraq hərəkət edir.

Bu Nizami rayonu Dövlət Polisi Şöbəsinə məxsus maşındır və qanunun icazə verdiyi şəkildə hərəkət edir. Bu görüntülərdə polis tərəfindən heç bir qanunsuz hərəkət yoxdur”.
DYP rəsmisi həmçinin polisin adından istifadə edərək, reytinq xatirinə bu kimi yazıların yazılmasına qarşı çıxıb.

Səkinə Yusibli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO