Putindən Qələbə paradında diqqətçəkən AÇIQLAMA: “NATO Krıma hücuma hazırlaşırdı” - VİDEO

Putindən Qələbə paradında diqqətçəkən AÇIQLAMA: “NATO Krıma hücuma hazırlaşırdı” - VİDEO

Hazırda oxunan: Putindən Qələbə paradında diqqətçəkən AÇIQLAMA: “NATO Krıma hücuma hazırlaşırdı” - VİDEO

73409

“NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi. Krıma hücum hazırlığı gedirdi”. 

Bizim.Media Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan paradda bildirib. 

“NATO bizə bitişik əraziləri hərbi cəhətdən mənimsəməyə başladı. Bu, sərhədlərimizdə neonasistlərlə toqquşmanın qaçılmaz olacağını deyirdi. Açıq şəkildə Donbasda növbəti cəza əməliyyatına, tarixi torpaqlarımıza, o cümlədən Krıma təcavüzə hazırlıq gedirdi.

Kiyevdə nüvə silahının mümkün əldə edilməsini bəyan etmişdilər və NATO bloku bizə bitişik ərazilərin aktiv şəkildə hərbi mənimsənilməsinə başlamışdı. Beləliklə, bizim üçün və birbaşa sərhədlərimizdə tamamilə qəbuledilməz təhlükə yarandı.
Biz hərbi infrastrukturun necə inkişaf etdiyini, yüzlərlə xarici müşavirin necə işləməyə başladığını, NATO ölkələrindən mütəmadi olaraq ən müasir silahların çatdırıldığını görürdük. Təhlükə hər gün artırdı. Rusiya təcavüzə qabaqlayıcı cavab verib. Bu, məcburi, vaxtında və yeganə düzgün qərar suveren, güclü, müstəqil ölkənin qərarıdır" - deyə Putin vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO