Gənc cüdoçularımız Fransada 2 gümüş, 1 bürünc medal qazandılar

Gənc cüdoçularımız Fransada 2 gümüş, 1 bürünc medal qazandılar

Hazırda oxunan: Gənc cüdoçularımız Fransada 2 gümüş, 1 bürünc medal qazandılar

73289

Bu gün Fransada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürüb.

Bizim.Media xəbər verir ki, turnirdə Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil edir.

Yarışın birinci günündə təmsilçilərimiz 2-si gümüş, 1-i bürünc olmaqla 3 medal qazanıblar.

Belə ki, Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə (73 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olublar. Qasım Vəlizadə (66 kq) üçüncü yeri tutub.

İki gün davam edəcək turnirdə 15 ölkədən 300-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO