Boks üzrə milli komandada məşqçilər korpusu TƏSDİQLƏNDİ

Boks üzrə milli komandada məşqçilər korpusu TƏSDİQLƏNDİ

Hazırda oxunan: Boks üzrə milli komandada məşqçilər korpusu TƏSDİQLƏNDİ

73245

Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin iclası keçirilib.

Bizim.Media ABF-in Mətbuat Xidmətinə istindən xəbər verir ki, yığıncaqda Azərbaycan milli komandalarının məşqçilər korpusu və ABF-də yeni yaradılan komitələrin sədrləri ilə bağlı təyinatlar rəsmiləşib.

İdarə Heyətinin qərarına əsasən, kişilərdən ibarət yığmanın baş məşqçisi Pedro Roke bütün yaş qrupları üzrə komandalara rəhbərlik edəcək və məsuliyyət daşıyacaq. Əsas millidə onunla yanaşı, Nəriman Abdullayev və Ceyhun Abiyev çalışacaq.

Gənclərdən ibarət yığmada baş məşqçi Elbrus Rzayevə Vüqar Məmmədovla Elvin Məmişzadə köməkçi təyin edilib.

Yeniyetmələrdən ibarət yığma Vaqif Kazımova həvalə olunub. Onun məşqçilər korpusunda Ağası Məmmədov və Teymur Məmmədov yer alacaq.

Qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını Yadigar Məmmədov yerinə yetirəcək. O, İlkin Ağayevlə birgə boksçuları yarışlara hazırlayacaq.

Federasiyanın tərkibində yeni formalaşan Veteran və Çempionlar Komitəsinin sədri Şahin İmranov olacaq. Hakimlər Komitəsinə isə Emil Qurbanəliyev rəhbərlik edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO