Allahşükür Paşazadə BƏƏ-yə səfərə getdi

Allahşükür Paşazadə BƏƏ-yə səfərə getdi

Hazırda oxunan: Allahşükür Paşazadə BƏƏ-yə səfərə getdi

73182

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşüb. 

Bu barədə Bizim.Media-ya QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. 

Səfərdə məqsəd Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may 2022-ci il tarixlərində paytaxt Əbu-Dabi şəhərində “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. 
Konfransın mövzuları İslam cəmiyyətlərinin XXI əsrdə qarşılaşdığı, İslam dövlətləri, cəmiyyətləri, təşkilatları və sıravi fərdlərdən müsəlmanların 20-ci əsrədək tarix boyu təhsildə, mədəniyyətdə, ideologiyada və iqtisadiyyatda əməkdaşlıq, qarşılıqlı fəaliyyət və faydalanma üzərində qurulan mədəni, humanitar müstəvidə İslam vəhdəti ideyalarının yeni səviyyəyə yüksəldilməsini əhatə edir. 

QMİ sədri mötəbər beynəlxalq konfransın “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzulu plenar iclasında çıxış edəcəkdir.

Səfər müddətində BƏƏ rəhbərliyi və konfransın tanınmış, nüfuzlu iştirakçıları ilə görüşlər nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO