Azərbaycanda xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir.
Bizim.Media xəbər verir ki, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində əksini tapıb.
Qanun laytihəsinə əsasən, xüsusi təyinatlı qida məhsullarına aşağıdakılar aiddir:
- uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları;
- gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları;
- insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları.
Qeyd edək ki, qanun layihəsi üçüncü oxunuşda Milli Məclis tərəfindən qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:08 / 06.05.2022
Bu məhsullar xüsusi təyinatlı qida hesab ediləcək - SİYAHI
Hazırda oxunan: Bu məhsullar xüsusi təyinatlı qida hesab ediləcək - SİYAHI
Hazırda oxunan: Bu məhsullar xüsusi təyinatlı qida hesab ediləcək - SİYAHI
73138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.