Daha 9 azərbaycanlı Ukraynadan Vətənə təxliyə olundu

Daha 9 azərbaycanlı Ukraynadan Vətənə təxliyə olundu

Hazırda oxunan: Daha 9 azərbaycanlı Ukraynadan Vətənə təxliyə olundu

73118

Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar.

Bu barədə Bizim.Media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO