“Yerin təki haqqında” qanun yenidən hazırlanıb.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova deyib.
O bildirib ki, bu məsələ ilə bağlı İşçi komissiya formalaşdırılıb və beynəlxalq təcrübə öyrənilərək qanun yenidən hazırlanıb.
Şöbə müdirinin sözlərinə görə, yeni variantda sahibkarlarla bağlı məsələlərin həlli istiqamətində ciddi dəyişikliklər edilib:
“Hərracla bağlı münasibətlər də daha detallı əks edilib. Eyni zamanda, vərəsəlik məsələləri də ək olunub”.
O qeyd edib ki, iqlimlə bağlı yeni qanun layihəsi hazırlanır:
“2030-cu ilə qədər qaz emissiyalarının azaldılması və 2050-ci ilə qədər işğaldan azad edilmiş ərazilərdə sıfır emissiya prinsipi öhdəlik olaraq qəbul edilib. Azərbaycan qanunvericiliyinin bu prinsiplərə implementasiyası, mövcud qanunvericilik çərçivəsində yeni qanunun formalaşması artıq labüddür”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:22 / 06.05.2022
Azərbaycanda iqlimlə bağlı yeni qanun layihəsi hazırlanır
Hazırda oxunan: Azərbaycanda iqlimlə bağlı yeni qanun layihəsi hazırlanır
Hazırda oxunan: Azərbaycanda iqlimlə bağlı yeni qanun layihəsi hazırlanır
73107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.